Ermənistan Azərbaycandan növbəti zərbəni Münhendə yenə də Prezident İlham Əliyevdən aldı. Paşinyanın sülh müqaviləsi, Laçın yolu, delimitasiya və demarkasiya prosesləri, Qarabağdakı ermənilər barədə dediklərinə qarşı qoyulan arqumentlər baş nazirin “mat”ına səbəb oldu. Qarabağın sülh danışıqlarında bir müzakirə mövzusu olmadığını Azərbaycan Prezidentinin dilindən bir daha səsləndirilməsi Ermənistanın siyasi dairələrində şok effekti yaratdı. Əslində nəticə gözlənilməz deyildi, amma rəsmi İrəvan elə başa düşürdü ki, baş tutmayan son Brüssel görüşünə görə Avropa Azərbaycanı cəzalandıracaq. Amma ermənilərin gözləntiləri olmadı, Azərbaycan mövqeyində dəyişməz olduğunu bir daha həm amerikalılara, həm də avropalılara göstərdi.
Hər yazımızda “erməni mərəzi” və “pərəstişkarlarının” onlara məqsədli dəstəklərindən danışırıq, sübutlar gətiririk, səbəblərini də araşdırmağa çalışırıq. Erməni yalanlarına, saxta tarixi uydurmalara qərblilərin reaksiyalarından söhbət açarkən ikincilərin bu addımı bilərəkdən, xristian həmrəyliyindən, Azərbaycana qarşı milli-dini ayrıseçkilik mövqeyindən çıxış edərək atdıqları ortaya çıxır. “Erməni mərəzi” deyərkən bu xəstəliyin infeksion, yoluxucu olmadığını, yalnız ermənilərin genetik mutasiyaya uğradıqları səbəbindən həyatda qazandıqlarını söyləyə bilərik. Onlar tarixdə yalnız ideya olaraq ortaya atılmış, heç bir yerdə rəsmi sənəd kimi təsdiq olunmamış, yaxud heç bir ölkə tərəfindən rəsmi olaraq tanınmamış, parlamentlər tərəfindən ratifikasiya olunmamış kağız parçasına əsas sənəd kimi istinad edirlər. Arxivlərdəki tarixi sənədlərə ermənilərin dövlət kimliyini təsdiq etmək üçün qanunsuz müdaxilələr etmək də erməni xəstəliyidir.
Hələ sovetlər dönəmində Ağdərənin Marağa kəndində ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinə ucaldılmış abidə var idi. I Qarabağ müharibəsi başlayanda digər tarixi yazılar kimi, Marağadakı abidənin üzərindəki yazılar da silindi, amma əlimizdə olan fotolar bu faktı birdəfəlik silməyə imkan vermədi. Sovet hakimiyyəti illərində Xocalı-Xankəndi yolunun üstündə inşa edilmiş “Nənə və baba” abidəsinin də bmaraqlı tarixcəsi var. Onun hazırlanması və qoyulması ərəfəsində ilk adı “Nənə və baba” olub. Həmin dövrdə narazılığa baxmayaraq, ermənilər həmişə olduğu kimi yenə də Moskvada özlərinə havadar tapıblar və “Biz və bizim dağlar” adının qoyulmasına nail olublar. Bunu da belə əsaslandırıblar ki, Qarabağ uzunömürlülər məkanı olduğundan bu abidədə yaşlı insanlara həsr olunur. Əslində isə millətçi ermənilər “Biz və bizim dağlar” adında da Qarabağın onlara məxsus olmalarını tarixə sırımaq istəyiblər. Halbuki, abidə 1967-ci ildə Azərbaycanın büdcəsindən ayrılan maddi vəsait hesabına tikilib.
“Böyük Ermənistan” uydurması və Qarabağ...
Gələk, ən böyük “erməni mərəzi” sayılan “Böyük Ermənistan” uydurmasına. Ermənilər iddia edir ki, Türkiyə və Ermənistanın “de-yure” sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR və Türkiyə Böyük Millət Məclisi arasında), ABŞ prezidenti Vudro Vilsonun I Dünya müharibəsi başa çatdıqdan sonra təklif etdiyi və 10 avqust 1920-ci ildə imazalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir. Ermənilərin saxta iddiaları isə bunu tarixi fakt kimi öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey deyil. Ermənipərəst mövqeyi ilə seçilən Vudro Vilson hətta Ermənistanı ABŞ mandatına çevirmək istəyirdi. Antitürk siyasət yürüdən ABŞ “Antanta” ilə birlikdə Osmanlı dövlətini tamamilə yer üzündən silmək istəyirdi. Lakin bu arzunun həyata keçməsinə ən böyük əngəl olan Mustafa Kamal Atatürk bütün planların üstündən xətt çəkdi. Bu planların içərisində “Böyük Ermənistan” da xam xəyal kimi tarixin zibilliyinə atıldı. 6 aprel 1917-ci ildə Vudro Vilson Konqresə müraciətində "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırış etdi. Müharibəyə qoşulan ABŞ kifayət qədər az xərclə müharibədən qazanclı çıxan ölkələrədən oldu. Digər tərəfdən isə öz şüarlarına uyğun olaraq bütün müharibələrə son qoymaq əvəzinə “çoxlu münaqişə ocaqları” qoymaq prinsipinə sadiq qaldı. ABŞ-a daha sonra müdaxilə şansları yaradacaq məsələlərdən biri də “Erməni məsələsi” idi. Vudro Vilson “Böyük Ermənistan” adlandırdığı və cızdığı xəyali xəritəsi ilə sanki “dəlinin yadına daş salmışdı”. Elə bir daş ki, ermənilər bu gün də onu unutmur. V.Vilson 8 yanvar 1918-ci ildə "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Bu ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. Qalanları isə...
Ermənilər alban hökmdarı olan Tiqranı "böyük Ermənistan İmperiası"nın çarı kimi qələmə verirlər. Tiqranın türk əsilli olması barədə faktlar mövcuddur. Bu gün kiminsə yazdığı manifesti əllərində bayraq edərək Türkiyənin bir sıra vilayətlərinin onlara verilməsi tələb edirlər. İddia edirlər ki, Ermənistanla Türkiyə arasındakı sərhədlər keçmiş SSRİ ilə Türkiyənin sərhədləridir və bunu qəbul etmirlər. Ermənistanın Türkiyəyə ərazi iddiaları hələ o vaxt ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənirdi. “Böyük Ermənistan” ideyasını rəsmiləşdirmək üçün Vilson müraciət etsə də 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etdi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trabzon, Van, Bitlis Ermənistana verilməli idi. Onun sərhədlərini də Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca qələbələr qazanırdı və məkrli plan puça çıxarıldı.
Baş nazir nokauta necə düşdü?
Məqaləyə təsadüfən Paşinyanın Münhendə növbəti fiaskosu ilə başlamadıq. Ermənistanın baş naziri digər ermənilərdən heç nə ilə fərqlənmir. Saxta tarixi yaymaqda, bu yalanlara istinad etməklə Paşinyan məsuliyyət daşıdığı Ermənistanın gələcək taleyini şübhə altına qoyur. “əslində bizim də istəyimiz budur” düşünən oxucularımıza demək istərdik ki, əgər tərəf kimi Azərbaycan ortada olmasaydı onların fikirlərində həqiqət olardı. Sülh müqaviləsini əvvəl-axır hələ də xəyallar dalınca qaçan Ermənistanla bağlamalı olacağıq.
Paşinyan isə “Qarabağ hərəkatı”nın ildönümü ilə bağlı Ermənistan mediasına verdiyi açıqlamada bildirib ki, bu, “erməni xalqının öz iradəsini ifadə etmək və öz torpaqlarında ləyaqətlə yaşamaq hüququnu qorumaq məqsədi daşıyırdı”. O qeyd edib ki, 35 ildən sonra “Qarabağ erməniləri ciddi sınaqlarla üz-üzədir” və bu gün blokada şəraitində yaşayan soydaşlarımız öz hüquq və təhlükəsizliklərini müdafiə etdiklərini bəyan etməyə məcburdurlar. Baş nazir əmin edib ki, Ermənistan hakimiyyəti “beynəlxalq diqqəti “Qarabağdakı humanitar böhrana” yönəltmək üçün səylərini artırmağa davam edəcək, “çünki bu, yeganə yoldur”.
Paşinyan bildirib ki, “1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirildi və orada “DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət haqqında” qərar qəbul edildi”. Beləliklə, baş nazir özü də etiraf edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsi, suveren ərazidir. Ermənistanın baş naziri ərz edib ki, “Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin diqqətini Qarabağdakı humanitar böhrana cəlb etmək üçün səylərini artırmaqda davam edir”. Eyni zamanda, Ermənistan sosial-iqtisadi problemlərin həlli, təhlükəsizlik problemlərinin həlli, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin yaradılması istiqamətində ardıcıl addımları davam etdirəcək”.
Paşinyanın sözlərinə görə, bütün səylər sülh gündəminin irəliləməsinə yönəldilməlidir. Amma necə? Əgər sülh yollarının arandığı, hətta konkret sənəd üzərində ciddi işin aparıldığı bir məqamda Ermənistan hakimiyyətinin destruktiv hərəkətləri olmasa danışıqların, müzakirələrin məhsuldarlığından danışa bilərik. Əgər AŞPA-nın Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməsinin monitorinqinə cavabdeh olan faktaraşdırıcı qrupun üzvləri Kimmo Kilyunen (Finlandiya) və Boriana Oberqin (İsveç) Basarkeçər rayonunun qubernatoru Karen Sarkisyanın müşayiəti ilə sərhəd kəndlərində icmalarla görüşləri olmasaydı. AŞPA həmməruzəçiləri Vardenis şəhər meriyasının binasında iclas keçiriblər, iclasda Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və hakim partiyadan olan deputat da iştirak edib. Qubernator 13-14 sentyabr 2022-ci il tarixlərində “Azərbaycanın təcavüzü nəticəsində dəymiş ziyan”ı təqdim edib. Yenə yalan, yenə uydurma. Azərbaycan nümayəndələrinin olmadığı müzakirələrdə ermənilərin saxtakarlığa yol vermələri birinci hadisə deyil. Amma ermənilərin son 30 ildə işğal etdikləri Azərbaycan ərazisində etdikləri vandallıqlar, vəhşiliklər, dağıntılar hələ də qalmaqdadır. AŞPA-nın müşahidə missiyası reallığı öyrənmək istəyində səmimi deyil. Əgər qurumun nümayəndələri işğal dövründə bir dəfə də ermənilərin törətdiklərini təftiş etməyiblərsə, onda indiki monitorinqin mənası nədir? Azərbaycan ərazilərindəki dağıntılar təbbi fəlakət səbəbindən baş verməyib. Bu vandallıqların altında imzası olan biriləri var. Onların birincisi Ermənistan adlı dövlətdir və onun cinayətkar rəhbərliyidir.

Bəs 35 il bundan əvvəl nə baş vermişdi?
Ermənistanda erməni millətçiləri "Qarabağ hərəkatı"na başlamışdılar. Hərəkatın ilkin məqsədi Azərbaycanın suveren ərazisi sayılan “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı torpaqları Ermənistana birləşdirmək idi. 1987-ci ildə Ermənistan SSR-də və DQMV-də erməni millətindən olan sakinlər arasında muxtar vilayətin Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə imzalar toplanmışdı. Bu kampaniyanı "Referendum" adlandırırdılar. Dekabrın 1-i ermənilər toplanmış imzaları Sov. İKP MK-nın qəbul şöbəsinə təhvil verirlər. Nümayəndə heyətinin üzvləri Mərkəzi Komitənin qəbul şöbəsinin müdürü Kriqin ilə, Sov. İKP. Mərkəzi Komitəsinin siyasi bürosuna namizəd P.N.Demiçev, Sov. İKP-nın MK-nin millətlərarası münasibətlər üzrə alt şöbəsinin müdürü V.A.Mixaylov ilə görüşlər keçirir. Fevralın əvvəli Qarabağ ermənilərindən ibarət daha bir nümayəndə heyəti Moskvada Mixaylov və SSR-nin xarici işlər naziri Qromıko ilə görüşür. 1988-ci ilin yanvarında Qarabağda aşağıdakı məzmunlu vərəqələr yayılmağa başladı: "Kolxoz və sovxozlarda eləcə də vilayətin aparıcı müəssisələrində ümumi həmkarlar ittifaqı, komsomol və partiya yığıncaqlarının keçirilməsi və bu yığıncaqlarda “Qarabağın Ana Vətənlə birləşməsi” məsələsinin müzakirəsinin vaxtı gəlib çatmışdır. Aşkarlıq və demokratiya ruhu bu məsələnin açıq səmimi müzakirəsi üçün təkan olmalıdır. Yığıncaqlarda qəbul olunmuş qətnamələri möhürlərlə təsdiq edərək Sov. İKP-nın MK-nə göndərmək lazımdır".
Fevralın 16-dan martın 2-nə kimi Xankəndinin mərkəzi meydanında fasiləsiz nümayişlər keçirilir. Həmin ayın 20-i vəsadətə dəstək olaraq İrəvanda ilk nümayiş keçirilir. Martın 1-də Xankəndidə separatçı-terrorçu "Krunk" təşkilatı yaradılır, xalq “drujina”ları təşkil olunur. "Drujina”ların ilk işlərindən biri Xankəndidə yaşayan azərbaycanlıları qovmaq və onların əmlakını talan etmək olur. Tomas de Vaal öz kitabında qeyd edir ki: "Krnuk Qorbaçov dövründə Sovet İttifaqında ilk təşkilat idi ki, tətili siyasi silah kimi istifadə etməyə başladı".
Fevralın 26-sı Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov Kremlda Zoriy Balayanı və Silva Kaputikyanı qəbul edir. Görüşdə Qorbaçovun erməni əsilli köməkçisi Qeorqi Şaxnazarov da iştirak edir. Şaxnazarov yazır ki, Qorbaçov Qarabağ ətrafında baş verən hadisələri "Arxadan vurulan zərbə" kimi səciyyələndirdi. Həmçinin o qeyd etdi ki, "azərbaycanlıları çətinliklə sakitləşdirirlər, əsası isə təhlükəli presedent yaranır. Ölkədə onlarla potensial etnik qarşıdurma ocağı var, Qarabağ məsələsi, zorakı əməllərə əl atmağa cürət etməyənləri buna ilhamlandıra bilər.
Qorbaçov Dağlıq Qarabağın Ermənistana verilməsi fikrini guya qəbul etmirdi, amma “dana baltanın dəstəyini artıq murdarlamışdı”. Qorbaçovun Fransaya və ABŞ-a, oradan isə Yaponiyaya səfərləri və burada keçirdiyi protokoldan kənar görüşlər SSRİ-nin dağımasını sürətləndirən Qarabağ hadisələrini getdikcə qızışdırır, iki qonşu xalq arasında qanlı qarşıdurmaların şiddətini artırırdı...
Bəli, erməni mərəzi 44 günlük müharibəyə rəğmən hələ də sağalmayıb, başqa simptomları ilə özünü büruzə verir. Öz yalanlarına inanan ermənilər rəhbərləri səviyyəsində manipulyasiya ilə vaxt udmağa çalışırlar. Gah Moskvaya, gah Parisə, gah da Vaşinqtona bərələn gözlər erməniləri çaş vəziyyətə salıb.
V.VƏLİYEV