PDF Oxu

Araşdırma

  • 4 252

Azərbaycanın tarixdən silinməz zəfəri - ŞƏRH

image

Bu gün əbədi yaddaşlara həkk olunan 8 Noyabr Azərbaycamızın və dünya tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi gün Zəfər Günüdür.

Ölkəmizin Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.

Dəmir Yumruq əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən II Qarabağ savaşı nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi.Təbii ki bu zəfərin yazanlar isə güclü ordumuz və uzaqgörən siyasəti olan güclü prezidentimiz oldu. Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə qəhrəman əsgərlərimizin, şəhidlərimizin sözlə ifadə edilə bilməyən igidliyi cəsarətliyi sayəsində bir vaxtlar arzu və diləklərdə, sağlıqlarda söylənilən “Qarabağ” adlı qanayan yaramız sağaldı.Azərbaycanın hərbi sahədə əldə etdiyi zəfərlər xüsusilə Şuşanın düşmən tapdağından azad edilməsi müharibənin gedişatında çox önəmli rol oynadı.Bu qələbəni bu gün böyük iftixar və qürur hissiylə yaşamağımız Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi sayəsində mümkün olmuşdu.

Həmçinin Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun yenilməz gücü ilə döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı,işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.

Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin qalib vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu.Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.Vətən naminə canlarından keçən şəhidlərimizin əziz,ölməzxatirəsi qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir.Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının gənc fəalı

Digər xəbərlər