PDF Oxu

Araşdırma

  • 11

Müxalifətin növbəti şousu

Müxalifətin növbəti şousu
Son vaxtlar bir çox radikal müxalifət partiya sədrləri və onlara nökərçilik edən mətbuat orqanları bələdiyyə seçkiləri ərəfəsi ölkədə özlərinin varlıqlarını nümayiş etdirmək məqsədilə növbəti şou yaratmaq istəyirlər. Xüsusilə də, sonuncu hadisə, yəni bir qrup ziyalının Dağlıq Qarabağ və Ermənistana səfərlərini ciddi bir məsələ kimi ortaya atan bir qrup müxalifçətçilər ictimaiyyətə qeyri-obyektiv fikirlərini çatdırmağa çalışırlar. Lakin nəinki ictimaiyyət, eyni zamanda, müxalifət düşərgəsində fəaliyyət göstərən  həmfikirləri onların bu çirkin niyyətlərinə qarşı çıxaraq, münasibətlərini bildirmişlər.
Politoloq Zərdüşt Əlizadə bugünkü müxalifəti qəbul etməyərək onların, həqiqətən də, tarixin arxivində çürüdüyünü bildirib. Onun fikirinə görə, müxalifətin nisbi çəkisi o qədər kiçilib ki, artıq bu qurum dekorativ mahiyyət daşımağa başlayıb: "Ölkədə guya müxalifətin varlığı statusu ifadə edilməyə başlayıb ki, yəni  Azərbaycanın da müxalifəti var. Bizim müxalifət görüntü yaratmaq üçün lazımdır. Bugünkü müxalifət tamamilə dekorativləşib. Onların nə hörməti, nə qüvvəsi, nə maliyyə imkanları, nə də intellektual resursları bu rolu oynamağa bəs edir. Tükəniblər, siyasi səhnədən çəkilməlidirlər."
İstər dünənki, istərsə də bugünkü müxalifət üçün dövlət və cəmiyyətin problemlərinin maraqlı olmadığını deyən Z.Əlizadə onların başlıca məqsədlərinin vəzifə postlarını yenidən ələ keçirmək  və daha çox kapital toplamaqdır. Xüsusilə, ölkədə keçirilən seçkilər yaxınlaşdıqca, özlərini müxalifət adlandıran və layiq olmadıqları arzuda olmaq  iddiasında olanların  nə öz qanuni hüquqlarını tələb etməyə heyi qalıb, nə mübarizə aparmağa gücü var, nə də öz içindən ortalığa savadlı, bacarıqlı bir şəxsiyyət qoymaq imkanı var. O namizədlər ki, ortalıqda atılıb-düşürlər və deyirlər ki, biz prezident olacağıq, məsələn, İqbal Ağazadə kimiləri. Lalə Hacıyeva, İsa Qəmbərov, Etibar Məmmədov, Əli Kərimov, Rəsul Quliyev və s.  çıxdaş edilmiş adamlardır. Onlar çalışırlar ki, ortalıqda müxalifəti təmsil etməklə özlərinə çörək pulu qazansınlar.
Z.Əlizadə cəmiyyətin bu müxalifətdən tamam bezdiyini vurğulayıb. Ənənəvi müxalifətin ən böyük "işi" ondan ibarət oldu ki, camaatın mənəviyyatını qarət elədi, mübarizə inamını tamam qırdı. Azərbaycan və Ermənistan mədəniyyət adamlarının birlikdə Xankəndinə etdiyi son səfərə münasibət bildirən politoloq, bu səfəri müsbət hadisə hesab etdiyini vurğulayıb: "Çünki bütün dünyadakı konfliktlərin həllində cəmiyyətin müəyyən qruplarının iştirakı yaxşı nəticələr verir.

Digər xəbərlər