PDF Oxu

Köşə

  • 3 415

Elmimiz xəstədirsə,... - KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Ölkənin, xalqın ən böyük səvrəti Elmlər Akademiyasıdır. Bəli, bu sahədə problemlər var, çatızmazlıqlar var. Lakin bunun yolu məhv etmək, dağıtmaq, uçurtmaq deyil, düzəltməkdir. Bu sahədə ciddi işlər görülməlidir, böyük dəstək verilməlidir, elmi laboratoriyalar, tədqiqat mərkəzləri yaradılmalıdır, lazimi texnologiya ilə təchiz edilməlidir. Alimlərin maaşı artırılmalıdır, onlara öz ixtiralarını sənayedə və sair sahələrdə tətbiq etmələri üçün şərait yaradılmalıdır. İxtiraçılara, gənc alimlərə şərait yaradılmalıdır. Söhbət əsasən texniki elmlərdən gedir, humanitar elmlər artıq bitib.

Dünya ölkələrinə baxmaq kifayətdir ki görəsən- inkişaf etmiş ölkələr yalnız elm və texnologiya sayəsində bu mərtəbəyə yüksəliblər, ABŞ, Rusiya, Çin, Almaniya, Fransa, Britaniya, Yaponiya və s. Xüsusən də texniki elmlərə yiyələnən ölkələr yüksək inkişaf ediblər. Çox təəssüf ki, bizdə bu sahələrə maraq çox azdır. Çünki nə istehsalatda belə mütəxəssislərə ehtuiyac var, nə də elmi sahələrdə perspektiv görürlər.

Bizdə elmi-tədqiqat institutlarının çoxunun yalnız adı qalıb. Sovet dövründə çox nəhəng elmi infrastruktir yaradılmışdı, onlarla elmi-tədqiqat institutu, elmi laboratoriyalar var idi, elmi ixtiraları və yeniliklərin istehsalatda tətbniqinə şərait yaradılırdı, ixtiraçılar klubları var idi. Çox təəssüf ki, Sovetdən sonar bunların çoxu dağılıb getdi, qalanlar da yalnız formal olaraq mövcuddur.

Son 30 ildə ölkədən 30 mindən artıq alim köçüb gedib. Elmi-tədqiqat institutlarının maddi-texniki bazası müasir tələblərə cavab vermir. Bu vəziyyətdə nə gözləmək olar? Elmə ayrılan vəsait çox azdır və xeyli artırılmalıdır. Şoulara, seriallara, futbola... ayrılan pulun 10 faizini elmə ayırsaydıq, indi də bu elmdən nəsə tələb edə bilərdik.

Bizdən hər sahədə dəfələrlə zəif Ermənistanda elmi nəşrlərin və elmi məqalələrin sayına görə bizdən 2 dəfə yüksək göstərici var. Belə çıxır ki, bizim xalq olaraq da elmə marağımız yoxdur, ya da burada perspektiv görmürük. Ali məktəblərin bitirənlərin neçəsi elmi yaradıcılıq sahəsinə gedir? Çox azı. Hamı çalışır ki, hazırda hansı sahədə qazanc çoxdursa ora yönəlsin.

Elmlər Akademiyasında başqa problemlər var. Burada gənc alimlərdən namizədlik və dokorluq dissertasiyası müdafiə etmək üçün yüksək səviyyədə ingilis dili tələbi absurddur. Ay qardaş, bura İngiltərədir? Yoxsa bu alim ingilis dili müəllimi olacaq? Alim 6 beynəlxalq dildən hər hansı birini bilsə kifayətdir- məsələn, ingilis, rus, ispan, fransız, çin, ərəb dili də ola bilər. Bu dillərin hər birində ağlagəlməz həcmdə elmi baza var. Nə deyib ancaq ingilis dili tələb edirsiniz? Biz İngiltərənin müstəmləkəsiyik?

Xarici elmi jurnallarda 20 məqalə dərc etdirmək tələbi absurddur. Məlum olduğu kimi əksər elmi jurnallar biznes proyektidir və məqalə dərcinə görə böyük məbləğdə pul tələb edirlər. Bu “yetim” alim hardan almalıdır o pulları?

Dissertasiya müdafiə etmə prosesi illərlə uzadılır. Min dənə şərt qoyulur, bəziləri ümumiyyətlə absurddur. Belə çıxır ki, gənc alim milyoner olmalıdır ki, bütün bu işlərin və xərclərin öhdəsindən gələ bilsin. Və o müdafiə edib alim olanda artıq qocalmış olacaq, nə enerjisi, nə vaxtı, nə sağlamlığ qalacaq ki, elmə töhfə versin.

Bu qədər, vaxt, əziyyət, xərc çəkən alim nə qazanacaq? Gəlin görək, özəl şirkətlər alimləri, mütəxəssisləri işə götürürlərmi? Xeyr. Ona görə çoxu ölkədən gedir. Axı belə şəraitdə elmdən, alimdən nəsə gözləmək absurddur. Elmi İnstitutda işləyib 400-500 manat maaş alan alimdən, elmi işçidən nə gözləmək olar? O məcburdur ki, xaltura etsin, kənardan beş-on manat qazansın ki, ailəsi acından ölməsin. Bu səbəbdən bir çox gənc alimlər xarici ölkələrə gedir və öz potensiallarını o ölkələrin xeyri üçün sərf edirlər. Nəticədə onlar qazanır, biz isə itiririk.

Demək, problem elmdə, alimlərdə deyil, bizdədir. Ona görə də, problemin nəticələri ilə uğraşmaqdansa, səbəbini tapıb həll etmək lazımdır.

Digər xəbərlər