Köşə

  • 13 031

"Boykot" deyib manqurtlaşan Əli Kərimli

image

Bu gün "müxalifət" deyəndə, əsl müxalifətçi axtarırsan. Ancaq bu yerdə belə bir deyim də yerinə düşərdi: abırsızın abrı olmaz. Belə olmasaydı, həyasızcasına özünü "müxalifətin güclü qanadı" sayan AXCP sədri Əli Kərimli, Müsavatın sabiq başqanı İsa Qəmbər və bugünkü başqan Arif Hacılı abırsızcasına, ölkədə gedən uğurlu işlərə qısqanclıqla yanaşaraq "xəyanət" sözünü dillərində əzbərə, həyatlarında isə xarakterə çeviriblər. Bu da, ondan irəli gəlir ki, Azərbaycanın dağıdıcı müxalifət düşərgəsinin istər ictimai dəstək baxımından, istərsə də siyasi təşkilatlanma yönündə heç bir gücə malik olmadıqları zaman, başlayırlar "xoda" düşməyə. Xüsusilə də, seçki ərəfələrində "xoda" düşən müxalifət seçki ilə bağlı deyil, qrantlarla bağlı xəyallarını qurmağa başlayırlar. Məsələn, hazırda parçalanmasına rəğmən, hələ də özünü bu düşərgənin "monopolisti" kimi aparan AXCP-nin "boykot" oyunu və bu oyunla da manqurtlaşan Ə.Kərimli öz satqınçılığını açıq-aydın göstərməkdədir. Bu təşkilat yalnız Azərbaycan dövlətçiliyinə və xalqına qarşı olan qüvvələrin sifarişlərini yerinə yetirmək, onların diktələri ilə fəaliyyət göstərmək üçün kodlaşdırılıb. Yəni "beşinci kolon" rolunu aşkar şəkildə sərgiləyir. Maraqlıdır ki, hər dəfə seçki öncəsi "birlik yaratmaq", "bloklaşmaq" kimi xülyalara düşən, özlərini "siyasi qüvvə" kimi xarici ermənipərəstlərə nümayiş etdirməyə çalışan dağıdıcı müxalifətin arzuları ürəklərində qalır. Çünki xaricdən gələn "birləşmə əmrinə sadiqliyə", ən yaxşı halda, seçkinin ertəsi gününə kimi riayət olunur. Ancaq budəfəki əmr AXCP üçün başqa olub - "boykota get". Təbii ki, Ə.Kərimli də bu yolu tutaraq, cibişdanını növbəti kirli pullarla dolduracağını düşünür. Satqınçılıq, xəyanatkarlıq, mənəviyyatsızlıq, əxlaqsızlıq və buna bənzər yollarla...

Ümumiyyətlə, siyasi etikanı, əqidəni bu formatda qavrayan və izah edən AXCP sədrinin, 2003-cü ildən bu günə kimi, oynadığı bu oyunların hansı nəticələrə səbəb olduğu isə, hər kəsə bəllidir. Təbii ki, hər zaman seçkiqabağı situasiyada xarici maraqlı siyasi qüvvələrin əmrləri ilə oturub-duran bu partiyaların birdən-birə "birləşmək" istəmələri, sonradan isə "qapazaltı" axtarışına çıxması, artıq ənənəyə çevrilib desək, yanılmarıq. Bu dəfə də AXCP-nin fonundakı dağıdıcı düşərgə analoji mərəzindən xilas ola bilmədiyini nümayiş etdirməkdədir. Beləliklə, Ə.Kərimlinin keçdiyi yolu, həmçinin, son günlər cərəyan edənləri nəzərdən keçirdikdə, növbəti dəfə bir həqiqət meydana çıxır. Bu partiya, eləcə də, onun dərnəyinə çevrilmiş "Milli Şura"nın maraqlı xarici qüvvələr tərəfindən idarə olunur. Yəni lazım olduğu anda, bunların kiminlə birləşməsi və ya ayrılması, yaxud da "boykot" yolunu tutması, heç də deyildiyi kimi, "müxalifətin birliyi naminə" deyil, əksinə, xaricdən ötürülmüş sifarişlə həyata keçirilir. Və bunlar öz korporativ maraqları uğrunda mübarizə aparırlar. Amma bu kimi korporativliklər, özlərinə qayıdan zərbə olur ki, bu dəfə də belə olacaq. Bunu ölkəmizdə olan Avropa Parlamenti, AŞPA, MDB müşahidə şurası və s. kimi nüfuzlu beynəlxalq təşkilatların seçki missiyalarının seçkilərin obyektiv keçirilməsi ilə bağlı yaydıqları rəsmi bəyanatlar da təsdiq edir. Ümumiyyətlə, seçkilərin keçirildiyi şərait, nəticələrin obyektivliyi hər bir ölkədə demokratiyanın hansı səviyyədə inkişaf etdiyini göstərən mühüm faktorlardandır. Bununla da, əslində, gənc, müstəqil və öz sözünü deyən dövlət olmaqla yanaşı, Azərbaycan bütün seçkilərdə dünyaya ən müasir standartlara cavab verən seçki nümunəsi göstərmiş olduğunu dəfələrlə nümayiş etdirib.
Əslində, seçkilərin ədalətli keçiriləcəyi qabaqcadan heç kimdə şübhə doğurmur. Çünki dövlət bütün namizədlərin seçkiqabağı kampaniyanı sərbəst və aktiv şəkildə həyata keçirilməsi üçün, hər bir şəraiti yaradır. Xatırladaq ki, müxalifət partiyalarının da bu və ya digər şəkildə prosesdə iştirak etməsi, siyasi mövqeyindən asılı olmayaraq, bütün namizədlərə bərabər şəraitin yaradılması, eləcə də, hər bir namizədə demokratik tələblərə cavab verən təbliğat-təşviqat hüququnun verilməsi, prosesin obyektiv keçirilməsi üçün lazım olan ilkin şəraiti yaradır. Seçkiöncəsi mühiti müşahidə edən müxtəlif beynəlxalq təşkilatlar da yaradılmış şəraitdən razı qaldıqlarını dəfələrlə vurğulasalar da, Ə.Kərimli kimi manqurt satqınlığından və əxlaqsızılığından əl çəkə bilmir. Burada bir məqam var ki, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının seçki kampaniyasını, ictimai marağa səbəb ola biləcək tərzdə keçirməsidir. Məsələn, hakim partiyanın namizədləri keçirilən seçkilərdə mediada geniş təbliğat işi aparsa da, müxalifət namizədləri bu istiqamətdə passivliyi ilə seçilir. Həmçinin, burada belə bir sual da yaranır: axı müxalifətin özündə də media var və nəyə görə düşərgə mənsubları bundan yararlanmırlar? Çünki onların heç biri digərinə güzəştə gedə bilmir. Hə, onu da deyim ki, bu gün avtobusda bir yaşlı kişinin sözü yerində deyilmiş bir ifadə kimi yaddaşıma həkk oldu. O, yanında oturan başqa birisinə deyir: "Qardaş, yenə seçki olan kimi, müxalifət də "xoda" düşür..."
Düz deyir. Ancaq onlar anlamırlar ki, nə qədər "xoda" düşsələr də, sonda sözü xalq deyir. "Boykot" deyib manqurtlaşan Ə.Kərimli kimilər isə böyürə-böyürə qalır.

RƏFİQƏ

Digər xəbərlər