Mədəniyyət

  • 18 215

"Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar keçirilib

image

6-8 dekabr tarixində Mingəçevir şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "Mənəvi dəyərlərimiz və gənclik" adlı üçgünlük seminar keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, seminarda Yevlax, Goranboy rayonları, Mingəçevir və Gəncə şəhərlərindən olan gənclər iştirak ediblər.Açılış mərasimində Fondun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Mingəçevir Şəhər Veteranları Təşkilatının sədri Tahir Məmmədov və digər qonaqlar məruzələrlə çıxış ediblər. Tədbirdə Fondun sifarişi ilə hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Fondun maliyyə dəstəyi ilə çap edilmiş kitablar iştirakçılara hədiyyə edilib.Seminar çərçivəsində iştirakçılar Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Şəhidlər Xiyabanı, Dövlət Rəmzləri Muzeyini ziyarət ediblər. Gənclər həmçinin Mingəçevir Dövlət Universitetinin fəaliyyəti ilə yaxından tanış olublar.Bundan başqa asudə vaxtın səmərəli təşkili məqsədilə gənclərin iştirakı ilə intellektual yarış təşkil edilib. Qalib komandaların üzvləri diplomla mükafatlandırılıb.

sia.az

Digər xəbərlər