PDF Oxu

Mədəniyyət

  • 10 249

Türkə ağı demək olmaz ƏDƏBİYYAT

image

Türkə ağı demək olmaz,

Türk Tanrının törəsidir.

Quru daş da bilir ki, o,

Yer üzünün haqq səsidir.

Min illərin tarixini,

Bir arayın varaq-varaq,

Görün, hansı sorununu

Türk həll edib ağlayaraq?!

Türk yaranan gündən bəri

Tanrı çəkir sınağına.

Qoca türk baş əyərmi heç

Bir zəlzələ qınağına?

Türkə ağı demək olmaz!

Lap ölüm ayağında da.

Türkə türkü oxuyublar

Ən dözülməz çağında da...

Haqdan gələn bəlanı da

Haqdan gələn sevgi bilib.

Onuncun də ulu Türküm

Haqq dərgahına yüksəlib.

Yaxşı bilir türk oğlu türk

Öz soyunun nişanəsin.

Qoy yazılsın yaddaşına

Qələm tutan hər bir kəsin:

- Türkə ağı demək olmaz!

Türk Tanrının törəsidir!

Qınına sığmayan qılınc,

Ünlü döyüş nəğməsidir.

Xanəli Kərimli,

Naxçıvan şəhəri

Digər xəbərlər