Mədəniyyət

  • 8 277

“ Cefri Verbakla bir gecə” adlı maraqlı konsert baş tutdu FOTOLAR

image

XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbakdur. Cefri Verbak Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.

15 iyul 2021-ci il tarixindən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Multikultural Şəbəkənin “ Fəxri Səfiri”dir.

Bu günlərdə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan mədəniyyətinin və musiqisinin təbliğatı ilə bağlı geniş fəaliyyət göstərən Cefri Verbakla birgə əməkdaşlıq çərçivəsində ilk layihəmiz olan “ Cefri Verbakla bir gecə” adlı konsert baş tutdu. Konsert açılışı Cefri Verbokun həyat və yaradıcılığına həsr edilmiş xüsusi video kliplə başladı.

Böyük alqışlarla qarşılanan ifaçı tamaşaçıları “Salam, Bakı ” ifası ilə salamlayıb, ürəkdən “Qarabağ , Azərbaycandır!” deyərək, zala xüsusi ovqat bəxş etdi. Konsertdə sevilən ifaçı tar, gitara, elektrik ud və kamançada lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı Bəstə-Nigar, Dilkeş, Çahargah, Şur, Segah və digər dillər əzbəri olan muğam və mahnılarla tamaşaçıların qarşısına çıxdı.

Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Cefri Verbok hər bir ifası bitdikdən sonra, mahnı haqqında məlumat verərək, tamaşaçılarla öz təəssüratlarını bölüşdü. Eyni zamanda tamaşaçıların bir sıra suallarını cavablandırdı.Çıxışdan sonra Beynəlxalq Avrasiya Mətbuat Foundunun sədri Umid Mirzəyev fondun adından Cefri Verboka təşəkkürnamə təqdim edərək, ona yeni uğurlar arzuladı.

Tədbirin sonunda “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədova Cefri Verboku Azərbaycan mədəniyyətinin təbliğində göstərdiyi fədakarlığa görə Fəxri Diploma layiq gördü. Eyni zamanda yüksək səviyyədə iştirak etdiklərinə görə konsert iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Digər xəbərlər