PDF Oxu

Mədəniyyət

  • 16 700

100 il Ulu Öndər Heydər Əliyev - ŞEİR

image

Ulu Öndər Heydər. Ey müdrik Dahi!
Bahar nəfəsiylə dünyaya gəldin.
Bu xalqa bəxş etdi Səni İlahi,
Düşmənin bağrını nəştərlə dəldin.

Xalqın dar gününün dayağı oldun
Ömrü fəda etdin xalqın yolunda.
Zülmət gecələrin mayağı oldun
Sənə həsəd etdi sağın, solun da.
Vətəni ucaltdın yer kürəsində
Şan-şöhrət yazıldı həyat yoluna.
Hikmət, öyüd vardı hər bir sözündə
Bu xalqı tapşırdın İlham oğluna.

Üç rəngli bayrağı Azərbaycanın
Xəzərin qoynunda göy zirvəsində.
Ali Baş Komandan, rəhbər İlhamın
Nəhəng şücaəti yer kürəsində.

İşğaldan azaddır artıq Qarabağ
Torpağı suvardı şəhid qanları.
Qəlblərdən silinməz heç zaman bu dağ
Qurban getdi igidlərin canları.

Dühanla ucaldı Vətən torpağı!
Hər zaman Sən xalqın arasındasan!
Əzminlə xalqının firavan çağı
100 illər ötsə də sırasındasan!

Mürsəlova Ofelya Mürsəl qızı
ADPU-nun Pedaqoqika kafedrasının sabiq baş
müəllimi

Digər xəbərlər