Mədəniyyət

  • 6 404

Bakıda Afrika Kinosu Günləri təşkil ediləcək

image

Mərakeş Krallığının ölkəmizdəki səfirliyi 25-27 may tarixlərində Azərbaycanda ilk dəfə Afrika Filmləri Günlərini təşkil edəcək.Bu barədə SİA-ya Mərakeş Krallığının səfirliyindən bildirilib.Səfirliyin məlumatına əsasən, Mərakeşin Khouribga Beynəlxalq Afrika Filmləri Festivalı Fondunun dəstəyi ilə Afrika Filmləri Günləri hər il 25 may tarixində qeyd edilən Afrika Gününə həsr olunmuş tədbirlər çərçivəsində baş tutacaq.Burada məqsəd Afrikanın müxtəlif kino mədəniyyətlərini nümayiş etdirmək, xalqlar arasında müxtəlifliyi və dialoqu təşviq etməkdir.Afrikalı gənc kinorejissorların təmsil olunduğu Afrika kino sənayesi ilə Azərbaycan ictimaiyyətini tanış etmək üçün ölkəmizdə ilk dəfə keçiriləcək Afrika Kino Günləri əhəmiyyətli addım olacaq.“Bu tədbir həm də Afrika ölkələrini tanıtmaq, onların mədəniyyətlərini, iqtisadiyyatlarını, xüsusiyyətlərini Azərbaycan xalqına çatdırmaq və bununla da Azərbaycanla Afrika ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və şaxələndirilməsinə töhfə vermək üçün bir fürsət rolunu oynayacaq”, - səfirlik əlavə edib.

Digər xəbərlər