Türkiyəli məşhur müğənni Özcan Dəniz konsert proqramı ilə çıxış edib. Konsert zamanı repertuarındakı köhnə və yeni mahnıları ifa edən müğənni, bir sıra maraqlı açıqlamalarla çıxış edib. "Bəzən olur ki, dilxor oluruq, nələrsə bizi sıxır. Həyatda hər şey daima uğurla davam etmir. Əsəbidən kiminsə boğazını sıxmaq belə istəyirik. Amma bizi həyata qaytaran, stressdən qurtaran yenə bu gözəl mahnılar olur".
Mayın 19-da 51 yaşını qeyd edən məşhur müğənni ikinci dəfə ailə həyatı qurub. 2018-ci ildə evləndiyi Feyza Aktan ilə keçən il qalmaqallı şəkildə boşanan Ö.Dəniz, modelyer gənc Samar Dadgar ilə ailə həyatı qurub.
Sənətçi özünü amerikalı rokçuya bənzəməyə başladığını düşünürdü, amma nəsə səhv getdi..?
Tom Kruz və Bred Pitt arasında baş verən dava internetdə böyük müzakirələrə səbəb olub...