Mədəniyyət

  • 8 620

Yasamal rayonunda 28 May - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib FOTOLAR

image

Yenİ Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May- Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “91-lər”dən biri Şahlar Əsgərov, Milli Məclisinin deputatları- Anar İsgəndərov, Elnur Allahverdiyev, Səbinə Xasayeva, Ülvi Quliyev, AMEA-nın birinci vitse prezidenti Arif Həşimov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və fəal gənclər iştirak edib.

İlk öncə Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bötüvlüyü uğrunda uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgərdərov bildirib ki, XX əsrin əvvəllərində illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın çağrışı ilə Ümummilli lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdir ki, “Biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cumhuriyyətinə borcluyuq”. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, eləcə də, 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı azad olunması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi vətənimizin gələcəkdə də böyük uğurlara imza atmasını müəyyən edib.

Çıxışdan sonra tədbir bədii kompozisiya ilə davam edib.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər