Azərbaycan irsi təbliğ olunur
Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanda Azərbaycanın qədim dövlətçilik ənənələrinin, tarixinin, zəngin mədəni irsinin təbliği məqsədilə Qazaxıstan Milli Akademik Kitabxanasına kitab, CD və DVD-lərdən ibarət kolleksiya göndərib. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, kolleksiyaya "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)", "Bizi əsirlikdən qurtarın. Release us from captivity", "Garabakh - the eternal memory of Azerbaijan heritage", "Karabax: vçera, seqodnya v fotosnimkax. Karabakh: yesterday and today in photos", A. Mirzəzadənin "Azərbaycan, zaman, inkişaf", Ö.Siqov. "Mejdu Zapadom i Vostokom" və s. kitabları, habelə "This is our Azerbaijan (DVD)", "Gobustan", "Armenian terrorism", Erich Feigl "Sharp turning-point! Armenian", "The tragedy of Khodjaly", "Kara Karayev. Symphony" və s. elektron nəşrlər daxildir. Kitabxananın fondunda Azərbaycan ədəbiyyatı guşəsi də yaradılıb.