PDF Oxu

Mədəniyyət

  • 12

“Xəzərin rəngləri” adlı sərgi nümayiş olundu

“Xəzərin rəngləri” adlı sərgi nümayiş olundu
Dünən Muzey Mərkəzində Sumqayıt şəhərinin 60 illiyinə həsr olunmuş Sumqayıt rəssamlarının və tətbiqi sənət ustalarının əsərlərindən ibarət "Xəzərin rəngləri" adlı sərginin açılış mərasimi keçirildi.
Sərgidə 16 rəssamın 147 əsəri və əl işləri, o cümlədən, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun Ulu öndərimiz Heydər Əliyevə həsr edilmiş "Ey vətən", "Ulu öndərin yolu ilə", YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevaya həsr edilmiş "İthaf", dünyaşöhrətli musiqiçi Müslüm Maqomayevə həsr edilmiş "Əlvida, Bakı", bəstəkar Soltan Hacıbəyova həsr edilmiş "Karvan", gənc rəssam Babək Rüstəmzadənin "Aşiqlər", "Bu torpağın məhsulları" adlı əsərləri, tətbiqi sənət ustası Habil Salmanovun milli musiqi alətləri və başqa gənc rəssamların əsərləri nümayiş etdirildi. Əsərlərin hər biri Azərbaycan rəssamlıq sənətinin bariz nümunəsi olaraq iştirakçılar tərəfindən maraqla qarşılandı. Sənət nümunələrində rəssamların fikir və düşüncələridən doğan bədiləşmə, obrazlılıq fərdi təxəyyülün məhsulu olaraq maraqlı kompozisiya əsasında yaradılmışdır.
Rəssamların əl işləri Azərbaycan dövlətçiliyini, müstəqilliyini və bu kimi amilləri qoruyan, təməlini möhkəmlədən şəxsiyyətlərin məqsdyönlü fəaliyyətini əks etdirən mükəmməl əsərlərdir.

Digər xəbərlər