Oktyabrın 25-də Moskvada “Zolotoye koltso” xalq musiqisi və mahnıları teatrında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Mavi əbədilik” konsert proqramı təqdim olunacaq. SİA-nın məlumatına görə, konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları, Müslüm Maqomayev adına və “Romansiada” adlı beynəlxalq müsabiqələrin laureatları görkəmli müğənninin repertuarından əsərlər səsləndirəcəklər.Konsert Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq. Layihə çərçivəsində, həmçinin noyabr və dekabr aylarında Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.
sia.az
Məşhur latviyalı müğənni sualı verdi.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...