Oktyabrın 5-də Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Hindistanın siyasi və ictimai xadimi Mahatma Qandinin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçiriləcək.Hindistanın Azərbaycandakı səfirliyindən SİA bildiriblər ki, tədbir çərçivəsində iştirakçılara musiqi və rəqs proqramı təqdim ediləcək , həmçinin Mahatma Qandinin həyat və fəaliyyəti haqqında məlumat veriləcək.Mohandas Karamçand “Mahatma” Qandi (2 oktyabr 1869-cu il, Porbandr, Qucarat – 30 yanvar 1948, Yeni Dehli) – hind siyasi və ictimai xadimi, Hindistanın Böyük Britaniyadan müstəqilliyi uğrunda hərəkatın rəhbəri və ideoloqlarından biridir. Onun qeyri-zorakılıq fəlsəfəsi (satyaqraxa) dinc yolla dəyişiklik tərəfdarlarının hərəkatına böyük təsir göstərib.
sia.az
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...