Muzey Mərkəzində unudulmaz bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək. SİA-nın məlumatına görə, bəstəkarın doğum günündə - noyabrın 7-də gerçəkləşəcək konsert proqramında Tofiq Quliyevin mahnıları, kino və tamaşalara yazdığı musiqilərdən parçalar səslənəcək. Konsert proqramının tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynovadır.Konsertin solistləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, tenor Rüfət Piriyev və akademiyanın məzunu, soprano Güllübəyim Məmmədovadır. Konsertmeyster isə Qənirə Həsənovadır.
sia.az
Məşhur latviyalı müğənni sualı verdi.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...