" Mirvarid Dilbazinin Azərbaycan poeziyasında özünəməxsus yeri var. Onun yaradıcılığı olduqca rəngarəngdir. Şeirlərinin koloriti, ictimai-siyasi hadisələrdən baş çıxartmağı çox təəccüblüdür. O, öz zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb". SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib. Mİllət vəkili əlavə edib ki, Mirvarid xanım nəinki böyüklər, eyni zamanda, uşaqlar üçün də şeirlər yazıb: "Bunun nəticəsidir ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur. Xanım şairə ürəklərdəki yerini qoruyan şairlərdəndir".
sia.az
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...