Mədəniyyət

  • 7 254

Vyanada “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsinə start verilib

image

Sentyabrın 1-də Vyanada "Mədəniyyətlərarası bağlılığın uzun gecələri" mədəniyyət həftəsinə start verilib.SİA xəbər verir ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) hər il təşkil etdiyi silsilə tədbirlər mədəni müxtəlifliyin təbliği məqsədini daşıyır. Vyana Şəhər Bələdiyyəsində keçirilən açılış mərasimində təşkilatın rəhbəri Yosipa Palaç çıxış edərək mədəniyyət həftəsinin mahiyyəti barədə danışıb. Qeyd olunub ki, mədəni müxtəlifliyi insanlar arasında bir körpü kimi qəbul edən BMMT mədəniyyətlərarası bağlılığa, fərqli mədəni ifadə formalarına tolerant yanaşma və ümumbəşəri mədəni dəyərlərin təbliğini öz missiyasına çevirib. Bu məqsədlə də Avropanın mərkəzində yerləşən və müxtəlif mədəniyyətlərin qovuşduğu Avstriya, xüsusilə də onun paytaxtı Vyana şəhəri mədəni müxtəlifliyin canlı tərənnümü üçün uğurlu məkan hesab oluna bilər. "Mədəniyyətlərarası bağlılığın uzun gecələri" həftəsi musiqi, milli kulinariya, incəsənət, geyimlər, podium müzakirələri və digər layihələrlə mədəni müxtəlifliyi müxtəlif aspektlərdən təqdim etməyə xidmət edir. Yosipa Palaç mədəniyyət həftəsində iştirak edən bütün ölkələrin nümayəndələrinə təşəkkür edib, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunacaq müasir və ənənəvi incəsənət nümunələrindən ibarət bədii gecəyə görə mərkəzin rəhbəri Leyla Qasımovaya xüsusi minnətdarlığını bildirib.Tədbirin bədii hissəsində dünyanın müxtəlif ölkələrindən milli rəqs qrupları öz musiqi proqramları ilə çıxış ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında təqdim olunan milli rəqslərimiz tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tədbir çərçivəsində Vyana Şəhər Meriyasının foyesində yaradılmış guşədə Azərbaycana həsr olunmuş kitab və broşürlər nümayiş etdirilib, tədbir iştirakçılarına milli şirniyyatlarımız paylanıb.

sia.az

Digər xəbərlər