Özbəkistan Kino Həftəsi çərçivəsində ölkəmizə səfər edən özbək nümayəndə heyəti Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qonağı olub. SİA-nın məlumatına görə, görüşdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən və eləcə də gələcəkdə birgə əməkdaşlıq məsələlərindən danışıb.Özbəkistanlı nümayəndə heyəti də Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar və gələcəkdə baş tutacaq birgə layihələri müzakirə ediblər.Sonda qonaqlara “Azərbaycanfilm” kinostudiyası adından xatirə hədiyyələri təqdim olunub.
sia.az
Məşhur latviyalı müğənni sualı verdi.
Rahul Mişra özünün "Devi: The Eternal Muse" adlı kutür kolleksiyasını təqdim etdi...
Penelope Kruz, Xavyer Bardem ilə 16 illik evliliyi haqqında...