Mədəniyyət

  • 5 641

Aşıq Sənəti Dövlət Muzeyinə məxsus eksponat bərpa olunub

image

Tovuz rayon Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin toplusuna məxsus eksponatın – “Üçlük” aşıq kompozisiyasının bərpa və konservasiyaya ehtiyacı olduğu müəyyənləşdirilib. SİA-nın məlumatına görə, bununla əlaqədar eksponat Elmi-Bərpa Mərkəzinin ali-dərəcəli bərpaçıları tərəfindən “Azərbaycan Respublikası Muzey Sərvətlərinin və Muzey Kolleksiyasının Uçotu və Mühafizəsinə dair Təlimat”da müəyyən edilmiş qaydada 3 gün ərzində yerində bərpa olunub.Qeyd edək ki, Mədəniyyət Nazirliyinin göstərişi ilə bu kimi daşınması çətin olan muzey əşyalarının yerində bərpası mərkəz tərəfindən əvvəlki illərdə də həyata keçirilib. Onların sırasına Şəmkir, Masallı, Qax, Tovuz və digər tarix-diyarşünaslıq muzeylərinin, eləcə də N.Nərimanov, B.Kəngərli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli və Azərbaycanın digər görkəmli ictimai xadimlərinin memorial muzeylərinin toplusunda olan nadir əşyalar da daxildir.

sia.az

Digər xəbərlər