PDF Oxu

Mədəniyyət

  • 7 218

Ağcabədidə uşaqların Yeni il sevinci

image

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi uşaqları Yeni il şənliyi ilə sevindirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Ağcabədi şəhərinin mərkəzi meydanında bəzədilmiş yolkanın ətrafında keçirilən bayram tədbirində bir-birindən gözəl rəqslər, kompozisiyalar nümayiş etdirilib, şən musiqilər, şeirlər səsləndirilib.Tədbirdə Heydər Əliyev Mərkəzinin rəqs, həvəskar aktyorluq və bədii qiraət kursları ilə yanaşı, Mədəniyyət Mərkəzinin, Qarabağ Muğam Mərkəzinin, şəhər uşaq musiqi məktəbinin şagirdləri, dərnək üzvləri, 5 saylı uşaq bağçası körpələr evinin və İcma əsaslı Reabilitasiya Mərkəzinin uşaqları rəngarəng nömrələrlə çıxış ediblər.

sia.az

Digər xəbərlər