PDF Oxu

Mədəniyyət

  • 8 529

Şamaxı İncəsənət Təhsil Mərkəzində Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

image

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramına həsr olunan təntənəli tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, mərkəzin direktoru Namiq Rzazadə Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə qayıdıqdan sonra müstəqil Azərbaycan Respublikasının dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb.Sonra rəssamlıq şöbəsinin hazırladığı sərgiyə baxış olub və şöbənin şagirdlərinə “Doğma diyar” adlı respublika rəsm müsabiqəsində qazandıqları diplomlar təqdim edilib.Sonda incəsənət məktəbinin böyük zalında musiqi şöbələrinin hazırladığı bayram konserti olub.

sia.az

Digər xəbərlər