Naftalan şəhər Heydər Əliyev adına meydanda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında Naftalan şəhər Təhsil şöbəsinin tabeliyində olan orta məktəblərin şagirdlərinin əl işlərindən ibarət sərgilər nümayiş etdirilib.Tədbirə gələn Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov rayon şəhər sakinlərini və şəhərin sanatoriyalarında müalicə alan qonaqları salamlayıb. Hər kəsi Dünya azərbaycanlılarını Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edib.Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası solistlərinin iştirakı ilə hazırlanmış bayram konserti tədbir iştirakçılarına təqdim olunub.Konsertdə Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar artist Tural Abdullayev, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, müğənnilər Rövşən Məmmədov, Rüstəm Cəfərov, Samirə Məmmədova, Zeynəb Hüseynova, Vasif Bayramov, Xəyal Əliyev, “Göy Göl” Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeyster Sənan Cavadov), filarmoniyanın “Xəmsə” estrada ansamblı (bədii rəhbər Şəhriyar Tağıyev), aşıqlar qrupu, şəhərin idmançıları və başqaları çıxış ediblər.
sia.az
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...