Mədəniyyət

  • 9 798

“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalı çapdan çıxıb

image

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının üçüncü sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, jurnala daxil edilən məqalələrdə ali təhsildə innovasiya fəaliyyəti, Azərbaycanın turizmi ilə bağlı beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması imkanları, Azərbaycanda otel və kurort infrastrukturunun mövcud vəziyyəti və onun iqtisadi qiymətləndirilməsi, Azərbaycanda turizm xidmətlərinin təşkili istiqamətləri, dünya təcrübəsində cazibə modeli anlayışı və onun tarixi inkişafı, iqtisadi informasiya sistemlərinin layihələndirilməsi və qurulması, Azərbaycanın tarixi turizmi və perspektivləri və s. məsələlər araşdırılıb və tədqiqat nəticələri təhlil edilib.Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində tanış ola və ya rəsmi saytından elektron versiyanı əldə edə bilərsiniz

sia.az

Digər xəbərlər