Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi Məktəbində Xalq artisti Əlibaba Məmmədovun 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə əvvəlcə xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəstxəti, xidmətləri olan ustad xanəndələrimizdən biri olan Əlibaba Məmmədovun həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib.Sonra "Xanəndə" sinfinin müəllim və şagirdlərinin bir-birindən maraqlı ifaları dinlənilib.Vüqar Nəcəfovun ifasında "Çahargah" təsnifi, Məlahət Hüseynovanın ifasında "Burdan bir ceyran keçər", III sinif şagirdi Rəşad Qələndərzadənin ifasında "Mənim Azərbaycanım", II sinif şagirdi Röyal Xıdırlının ifasında "Bir dənəsən", III sinif şagirdi Xədicə Muradzadənin ifasında "Dəşti" təsnifi, IV sinif şagirdi Aytən Abbasovanın ifasında "Bakı" mahnısı və başqa təsnif və mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
sia.az
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...