Mədəniyyət

  • 91 992

“Vətənimizə virtual səyahət” adlı layihə həyata keçirilib

image

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilib. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər.İdarədən SİA-ya bildirilib ki, ilk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun təbiəti, tarixi, inkişaf etmiş sənətkarlıq sahələri, mətbəxi haqqında məlumatlar əks olunub. Qubanın tanınmış şəxsiyyətləri, görkəmli dövlət xadimlərinin fotoları verilib. Videoçarxda Qubanın parklarının və müasir tikililərinin fotoları da var.Videoçarx Əməkdar artist Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” xalq mahnısı ilə müşayiət olunur.“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan materialları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsindən və “YouTube” kanalından da izləmək mümkündür.

sia.az

Digər xəbərlər