Mədəniyyət

  • 85 392

Xalq artisti Əlövsət Sadıqovun yaradıcılığına həsr olunmuş mühazirə

image

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti onlayn mühazirə muğam operalarında baş rolların mahir ifaçısı Əlövsət Sadıqova həsr olunub. BMM-dan SİA-ya bildirilib ki, musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumat verib. Diqqətə çatdırıb ki, şöhrətli ifaçılar arasında öz dəstxəti olan, ecazkar səsə malik Əlövsət Sadıqovun ifa etdiyi rollar Azərbaycan opera sənətində xüsusi yer tutur. O, “Koroğlu”da Eyvaz, “Leyli və Məcnun”da Məcnun, Aşıq Qərib, Şah İsmayıl obrazlarını böyük ustalıqla oynamışdır.Üzeyir bəyin klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əlövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutub. Unudulmaz opera ifaçısı, müğənni Əlövsət Sadıqovdan xoş xatirələrlə bərabər, həm də oxuduğu xalq mahnılarının, muğamların radio lent yazıları yadigar qalıb. Sənətsevərlər onun səhnə fəaliyyətini ehtiramla xatırlayırlar. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

sia.az

Digər xəbərlər