Mədəniyyət

  • 76 240

Maestro Niyazinin xatirəsi anılıb

image

Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı, Sosialist Əməyi Qəhrəmanı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 36 il ötür. SİA-nın məlumatına görə, bununla əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Niyazinin Mənzil Muzeyinin əməkdaşları Fəxri Xiyabanda görkəmli sənətkarın məzarını ziyarət edib, üzərinə güllər düzüblər.Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Dirijor Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdi. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.Maestro Niyazinin əziz xatirəsi Azərbaycan xalqı, sənətsevər insanlar tərəfindən həmişə hörmətlə yad ediləcək.

sia.az

Digər xəbərlər