Mədəniyyət

  • 55 468

Milli Kitabxanada “Əhmədiyyə Cəbrayılov–100” adlı virtual sərgi təqdim olunub

image

Bu il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. SİA-nın məlumatına görə, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. II Dünya müharibəsinin əfsanəvi qəhrəmanı Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolu heç vaxt unudulmayacaqdır. O, bir çox mükafatlara layiq görülüb. Fransa hökuməti onun hərbi şücaətlərini layiqincə qiymətləndirib. O, bu ölkənin 8 hərbi mükafatı ilə təltif edilib.Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.Azərbaycan Respublikası Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Əhmədiyyə Cəbrayılov – 100” adlı virtual sərgi hazırlanıb.Virtual sərgidə böyük sərkərdənin həyat və fəaliyyətini əks etdirən materiallar, fotolar, mövzuya uyğun musiqi, mükafatları, haqqında yazılmış kitab və məqalələr təqdim olunur. Virtual sərgidəki elektron resurslar tam mətni ilə verilib. Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Ehmediyye_Cebrayilov/index.htm linkindən istifadə edə bilərlər.

sia.az

Digər xəbərlər