Mədəniyyət

  • 4 687

Vətənpərvərlik mövzusuna həsr olunmuş videoçarxlar təqdim edilib

image

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası virtual oxucuların hazırladığı vətənpərvərlik mövzusuna həsr edilmiş videoçarxları təqdim edib.Kitabxanadan SİA-ya bildirilib ki, Yasamal rayon 158 nömrəli tam orta məktəbin şagirdi Davud Oruclu "Xudayarın səsi", "Azərbaycan", "Füzuli sevinir", "Şəhid anası", Ağdam rayonu 32 nömrəli tam orta məktəbin şagirdi Esma Hüseynli isə şəhidimiz Hüseyn Qasımov haqqında məlumat verib.Uşaqların vətənpərvərlik mövzusunda söylədikləri şeirlər izləyicilər tərəfindən maraqla qarşılanıb. Hər bir uşağın sevə-sevə söylədiyi şeirlərdə vətən sevgisini, qələbə sevincini duymaq olur.

sia.az

Digər xəbərlər