Mədəniyyət

  • 10 066

“Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan olunub

image

Türkiyə və Azərbaycan Gənclər fondlarının ortaq layihəsi çərçivəsində Vətənimizin Qarabağ Zəfərinə həsr olunan “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsi elan olunub. SİA-nın məlumatına görə, müsabiqənin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir.Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir.Müsabiqədə I, II və III yerləri qazanan gənclər 3 günlük Türkiyəyə səfər edəcəklər. Müsabiqədə 14-17 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər. İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi böyüklüyündə olan rəsmlərlə qatıla bilər. İştirakçılar istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompüter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir.Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə oluna bilməz. Hər iştirakçı müsabiqəyə yalnız 1 rəsm təqdim edə bilər. Rəsmin üzərində və ya arxasında iştirakçının adı və ya ona aid imza qeyd edilməməlidir.Müsabiqə qaliblərinin adları və əsərləri Fondun rəsmi veb və sosial media səhifələrində yerləşdiriləcək.

sia.az

Digər xəbərlər