Mədəniyyət

  • 11 465

Respublika Uşaq Kitabxanası cari il üçün metodik vəsaitləri oxuculara təqdim edib

image

F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz səmərəli fəaliyyətini davam etdirərək yeni metodik vəsaitləri oxuculara təqdim edib. SİA-nın məlumatına görə, şairə Mədinə Gülgünün 95 illiyinə həsr edilmiş “Dastana çevrilmiş həyat” adlı metodik vəsait Mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları, metodistlər üçün nəzərdə tutulub.İstifadəçilər vəsaitdə əhatə edilən dolğun məlumatlar sayəsində birinci hissədə şairənin “Apardı sellər Saranı”, “Uşaqlıq da həyatdır”, “Yadıma Xəzər düşür”, “Yazılı nağıllar”, “Təbriz küçələri”, “Ağ badam çiçəkləri”, “Günlər və xatirələr”, “Arzu da bir ömürdür”, “Ömrə yelkən ümidlərim”, “Ömrün payız dayanacağı”, “Könlümü ümidlər yaşadar”, “Dünya şirin dünyadır” kitabları haqqında məlumat əldə edəcəklər. İkinci hissədə isə şairənin yaradıcılığı mövzusunda kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə kimi tədbirlər planının ssenarisi verilib.İstifadəçilər http://clb.az/elmi-metodika_k74.html ünvanına daxil olmaqla vəsaitdən yararlana bilərlər.

sia.az

Digər xəbərlər