Mədəniyyət

  • 11 333

Azərbaycan və Əlcəzair milli arxivləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

image

Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olub və idarənin rəisi Əsgər Rəsulovla görüşüb. SİA-nın məlumatına görə, səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Əlcəzairin Milli Arxivi ilə əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.Qonağa Milli Arxiv İdarəsinin fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, idarə bir sıra beynəlxalq və regional qurumlar çərçivəsində xarici ölkə arxivləri ilə əlaqənin qurulmasında maraqlıdır. Bu istiqamətdə Əlcəzair arxivləri ilə qarşılıqlı əlaqələrin qurulması önəmlidir. Qonağa, həmçinin Dövlət Arxivlərində mühafizə edilən sənədlər barədə qısa məlumat verilib.Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin müvafiq strukturlarının gələcək fəaliyyətində önəmli rol oynayacağını bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.Görüşdə, həmçinin arxiv işi üzrə konkret sahələrdə əməkdaşlığın perspektivləri, beynəlxalq tendensiyalar və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.Daha sonra Əlcəzairin ölkəmizdəki səfiri xanım Salima Abdelhak Dövlət Tarix Arxivində mühafizə edilən sənədlərlə, həmçinin Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan və Əlcəzair-Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələri özündə əks etdirən kino-foto materiallarla tanış olub.

sia.az

Digər xəbərlər