Mədəniyyət

  • 12 517

Məşhur kulinariya qrupunda “Dünyanın dadı” adlı müsabiqə davam edir

image

“Facebook” sosial şəbəkəsinin ən dadlı kulinariya qruplarından biri olan “Azerbaydjanskaə Kuxnə i ne tolğko” qrupunda artıq iki aydır “Dünyanın dadı” adlanan müsabiqə keçirilir. Bu müsabiqə çərçivəsində iştirakçılar virtual olaraq ölkələri gəzib həmin ölkələrin mətbəxlərinə aid yeməklər hazırlayırlar. Həftənin sonunda isə peşəkar aşpaz Mehman Hüseynov bütün iştirakçıların işlərini qiymətləndirib qalibləri seçir və onlar müsabiqənin sponsorlarından dəyərli hədiyyələrlə mükafatlandırılırlar.SİA-nın məlumatına görə, qrup iştirakçıları artıq 2 ay müddətində 8 ölkəyə baş çəkiblər. Bu ölkələr arasında Türkiyə, İtaliya, Yaponiya, Gürcüstan, Macarıstan, Meksika və Azərbaycan olub. Bu həftə iştirakçılar İsraildədirlər. İki ay ərzində qrupda yuxarıda sadalanan ölkələrə aid 500-ə yaxın resept paylaşılıb.“8 həftədir ki, qrupumuz kulinariya jurnallarını xatırladır. O qədər gözəl, o qədər zövqlü reseptlər paylaşılır ki, müsabiqəyə olan maraq gözlədiyimdən xeyli artıqdır. Müsabiqə çərçivəsində özüm də hər həftə səfər edəcəyimiz ölkənin mətbəxinə aid yeməklər hazırlayıram. Tam səmimi deyim ki, bu müsabiqə olmasaydı, çoxdan düşündüyüm bir çox yeməklər hələ də planlar siyahısında qalacaqdı. Amma məcbur olub bunu məhz müsabiqə üçün edirəm və ailəmin gündəlik rasionuna xeyli yeniliklər gətirirəm. Artıq quakamole, paprikaş, sesivi, şakşuka və s. kimi adlar hətta uşaqlarım üçün normaldır. Elə məqsəd də bu idi – ailə menyumuzu genişləndirmək, dünya mətbəxini daha əlçatan etmək,” - deyə Kübra Kərimli vurğulayıb.Ən maraqlısı isə odur ki, müsabiqənin Bakı əhalisi arasında keçiriləcəyi planlaşdırılsa da, dünyanın müxtəlif nöqtələrindən, Türkiyə, Macarıstan, Kanada, Rusiya və s, eləcə də rayonlardan da iştirakçılar var.Xatırladaq ki, növbəti həftələrdə qrup üzvləri Hindistan, Çin, Amerika və İspaniyaya virtual səyahətlər edəcəklər.Müsabiqəyə qoşulmaq istəyənlər “facebook”dakı “Azerbaydjanskaə Kuxnə i ne tolğko” qrupuna üzv ola bilərlər.Müsabiqənin şərtləri haqqında ətraflı məlumat qrupda paylaşılıb.

sia.az

Digər xəbərlər