Mədəniyyət

  • 10 310

Respublika Gənclər Kitabxanası Qarabağla bağlı videoçarx hazırlayıb

image

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası günün tələblərinə uyğun olaraq virtual rejimdə fəaliyyət göstərərək, öz istifadəçilərini ard-arda maraqlı, vətənpərvər, maarifləndirici layihələri ilə sevindirir. Bu layihələrin içərisində xarici dillərdə hazırlanan materiallar da az deyildir. Bu günlərdə kitabxana xarici dildə materialların, videoçarxların yer alacağı "Qarabağ mədəniyyətin beşiyidir" adlı layihə ilə izləyicilərinin qarşısına çıxır. Layihənin ilk videoçarxı layihənin adı ilə eyniyyət təşkil edir.Kitabxanadan SİA-ya bildirilib ki, ingilis dilində hazırlanan videoçarx Azərbaycanımızın füsunkar gözəlliyə, nadir təbiətə, qədim mədəniyyətə malik Qarabağ haqqında çoxsaylı məlumatlarla zəngindir. Videoçarxda Qarabağ mədəniyyətinin bütün sahələri – xalçaçılıq, dəmirçilik, zərgərlik, kulinariya və s. haqqında məlumat verilir. Sözügedən çarxda Qarabağda inkişaf edən teatr sənəti, memarlıq, təsviri sənət nümunələrinə dair biri – birindən maraqlı faktlar səsləndirilir. "Qarabağ mədəniyyəti zənginliyi və bənzərsizliyi ilə Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz hissəsi olmuşdur və olacaqdır." fikri səsləndirilən bu video çarx məzmun, tərtibat cəhətdən fərqlənməsi səbəbindən istifadəçilərin rəğbətini qazanmış və sosial şəbəkələrimizdə yerləşdirilən bu video çarx çoxlu sayda Bəyənmə qazanıb."Qarabağ mədəniyyətin beşiyidir" adlı layihənin əsas məqsədi Qarabağın tarixi, mədəniyyəti və s. haqqında məlumat vermək bu ərazilərin əsrlər boyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olması faktını xarici dillərdə auditoriyaya bəyan etməkdən ibarətdir.

sia.az

Digər xəbərlər