Mədəniyyət

  • 10 399

Kitabtoplama kampaniyası davam edir

image

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında işğaldan azad olunan bölgələrdəki 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitab toplama kampaniyası davam edir.Kitabxanadan SİA-ya bildirilib ki, Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasına qoşulan daha bir ziyalımız, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli olub.Akademik İsa Həbibbəyli təşkil edilən bu kampaniyanın əhəmiyyətini vurğulayaraq müəllifi olduğu “Kitabi-Dədə Qorqud” yazılı epos və ya epopeya”, “Çingiz Aytmatov haqqında söz” adlı kitablarını və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının topladığı 650 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib. Akademik bütün Azərbaycan ziyalılarına və Azərbaycan xalqına bu mühüm kampaniyaya qoşulmağa və işğaldan azad edilmiş torpaqlarımızda kitabxana mədəniyyətinin, elmin, təhsilin yenidən çiçəklənməsində köməklik göstərməyə səsləyib.

sia.az

Digər xəbərlər