Mədəniyyət

  • 4 977

İncəsənət məktəbinin şagirdləri beynəlxalq festivallarda uğurla iştirak ediblər

image

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin şagirdi Sabir Quliyev Sopravista beynəlxalq festivallar çərçivəsində "Gələcək ulduz" adlı onlayn müsabiqədə iştirak edib.İdarədən SİA-ya bildirilib ki, müsabiqə folklor və müasir incəsənət sahəsi üzrə keçirilib. Müsabiqədə İtaliya, İspaniya, Bolqarıstan, Albaniya, Polşadan ifaçılar iştirak ediblər.Festivalda Sabir Quliyev "Klavişli alətlər-akkardion" üzrə qarmonda ifası 13-15 yaş qrupunda I yerə layiq görülüb. Müəllimi Kəmalə Novruzbəyova, konsertmeyster Şəlalə Qəhrəmanova isə təşəkkürnamə ilə təltif olunublar.Məktəbin müəllimi Elnur Cəfərovun sinfində tar ixtisası üzrə təhsil alan Əli Məmmədli isə başqa bir müsabiqədə uğurla iştirak edib.Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə onlayn "Ümid 2021-Beynəlxalq Mədəniyyət və İncəsənət" müsabiqəsində 9-10 yaş qrupunda çıxış edərək ikinci yerə layiq görülüb. Onu məktəbin konsertmeysteri Arzu Gülməmmədova müşayiət edib.

sia.az

Digər xəbərlər