Mədəniyyət

  • 4 336

Kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb

image

Tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidmətindən SİA-ya bildirilib ki, "Azərbaycan kino salnaməsi" ikicildliyi 1898–2018–ci illərdə ölkəmizdə, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və digər studiyalarda, kino şirkətlərində, televiziya kanallarında istehsal olunmuş bütün növlərdən olan filmlərin filmoqrafiyasını əhatə edir.Mövcud "Azərbaycan kino salnaməsi"nin 1–ci cildinə 1898-2018–ci illərdə yaradılmış tammetrajlı və qısametrajlı bədii, televiziya bədii, animasiya filmləri və "Mozalan" satirik kinojurnalının bədii süjetləri daxil edilib. Nəşrdə, eyni zamanda "Bədii və animasiya filmlərinin əlifba göstəricisi" və "Kinorejissorların adlar göstəricisi" də verilib.Kinosalnamə kino mütəxəssislərinin mədəniyyət, incəsənət, televiziya və dövri mətbuat işçilərinin, kino həvəskarlarının, eləcə də geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub. Kinosalnamədə müəllifin və müxtəlif illərdə kino sahəsində çalışan insanların şəxsi arxivlərində qorunan, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının fotosexində, həmçinin Azərbaycan Dövlət Film Fondunun arxivində saxlanılan fotoşəkillərdən istifadə olunub.Qeyd edək ki, "Azərbaycan kino salnaməsi" kitabının elmi redaktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyevdir.

sia.az

Digər xəbərlər