Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 9-da Gəncə rəssamlarının virtual sərgisi keçiriləcək.SİA-nın məlumatına görə, sərgi rəssamların qalereya, muzeylər ilə əlaqələrinin sıxlaşdırılması və regionlarda rəssamlığın keyfiyyətinin artırılması, xüsusilə, istedadlı insanların sərgilərdə iştirakını təmin etmək məqsədilə təşkil ediləcək.Virtual sərgi bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə start verilən layihə çərçivəsində baş tutan Gəncə şəhərində yaşayan rəssamlarla onlayn görüş zamanı verilən təkliflərə əsasən reallaşacaq.Sərginin virtual ekspozisiyasında Gəncədə yaşayan rəssamların müxtəlif mövzu və janrda işlədiyi əsərlər nümayiş olunacaq.Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.

sia.az