Mədəniyyət

  • 6 223

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan videoçarx hazırlanıb

image

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbi dahi şair Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi – 880” adlı videoçarx hazırlayıb.İdarədən SİA-ya bildirilib ki, videoçarxda Şərqin dühası, görkəmli şair Nizami Gəncəvinin yaradıcılığından, onun irsinin Azərbaycan musiqi mədəniyyətindəki misilsiz rolundan, bəstəkarlarımızın şairin yaradıcılığından istifadə edərək yaratdıqları musiqi incilərindən geniş şəkildə danışılır.Videoçarxda Üzeyir Hacıbəylinin şairin sözlərinə yazdığı “Sənsiz”, “Sevgili canan” romans-qəzəlləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi parçaları, “Nizami” filmindən fraqmentlərdən istifadə olunub.Qeyd edək ki, bu il dahi şair Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi yüksək qiymətləndirərək bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.

sia.az

Digər xəbərlər