Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb. SƏS qəzeti xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.
“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.
Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...