Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı videoməlumatlar hazırlanır

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir.

Qeyd edək ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Aşıq Ələsgər yaradıcılığının bənzərsizliyi söz dünyamızı bəzəmiş, xalqın ruhuna, yaddaşına köçmüşdür.Kitabxananın əməkdaşları “Yubileylər silsiləsi” çərçivəsində aşığın ömür yolu və yaradıcılığı haqqında videoməlumatlar təqdim edirlər.

Təqdim edilən növbəti videoməlumat kitabxananın Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova tərəfindən hazır edilmişdir. O, Azərbaycanın ustad aşığı Aşıq Ələsgərin “Üzün məndən niyə döndü” şeirini səsləndirdi.

Şeiri səsləndirdikdən sonra 239 №-li tam orta məktəbin VI sinif şagirdi Kərim Cəlilov isə sazın müşayiətilə “Oxşar” havasını ifa etdi.Videoçarx aşağıdakı keçid vasitəsilə sosial şəbəkə izləyicilərinə təqdim edilib:

Zümrüd