Mədəniyyət

  • 1 160

Nazir Anar Kərimov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşdü

image

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 8-də İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüş keçirib.

Qonağı səmimi salamlayan nazir Anar Kərimov Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, bu münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğulayıb. Nazir iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrə diqqət çəkib, bu zəmində mədəni əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verildiyini qeyd edib.

Görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verilib, müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində İtaliya təcrübəsinin öyrənilməsi və birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir Klaudio Taffuri qəbula görə minnətdarlığını bildirərək Azərbaycanla İtaliyanın dost və strateji tərəfdaşlar olduğunu deyib, səfir kimi çalışacağı müddət ərzində ikitərəfli əlaqələrin daha da gücləndirilməsi üçün səylərini əsirgəməyəcini bildirib. İki ölkə arasında gələcək inkişaf perspektivlərindən danışan diplomat bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə edib.

Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Digər xəbərlər