Mədəniyyət

  • 3 136

“8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Qarabağ” sərgisi - FOTOLAR

image

Rəssam Xanım Rzazadənin “8 Noyabr Zəfər - Günü”nə həsr olunmuş “Qarabağ” sərgi-tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Dövlət Reyestri Xidmətinin rəisi Mehdi Nəcəfov, rəssam Xanım Rzazadə, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Həsənova, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Leyla Nəcəfova, Qaradağ rayon İcra hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov, Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov, YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ramiz Yusubov və digər qonaqlar iştirak ediblər.

Tədbir Heydər Əliyev Mərkəzindəki konfrans zalında keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə xanım Həsənova çıxışında bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlamışdır: "Qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Müzəffər Ordumuza borcluyuq".

Sonra Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova öz çıxışında qeyd edib ki, xalqımız 30 il Qarabağ həsrəti ilə yaşayıb və biz özümüzü qürurlu hesab etmirdik: "44 günlük müharibə ilə arzumuz gerçəkləşdi. Azad olunan torpaqlarımızda Prezident İlham Əliyevin təşəbbüsü ilə tez bir zamanda aparılan abadlıq işləri, Qarabağın mədəniyyət mərkəzi Şuşa şəhərində illərlə həsrətində olduğumuz Xarı bülbül festivalının keçirilməsi Azərbaycan üçün qürurvericidir.

Daha sonra "Qarabağ" sərgisinin müəllifi Xanım Rzazadə çıxışında sərgiyə gələnlərə və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarına öz təşəkkürünü bildirdi, sərgini Zəfər bayramına, əsərlərini isə Qarabağ mənzərələrinə həsr etdiyini dedi: "20-yə yaxın klassik əsərləri yağlı boya və akret, kətan üzərində milli üslübda işləmişəm və bu əsərləri Azərbaycana həsr etmişəm".

Tədbirin bədii hissəsində ilk olaraq 5 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi” adlı musiqi səsləndirilib. Sonra Məmmədzadə İsmayıl, Şirinov İbrahim, Hüseynzadə Zəhra, İbrahimli İmanə Qarabağın Zəfər bayramına həsr etdikləri şeirləri və II Qarabağ müharibəsi qazisi Məbud Əhmədovun ifasında “Qarabağ, can Qarabağ”, “Vətən yaxşıdır” adlı müsiqiləri səsləndirdilib.

Tədbirin sonunda 8 Noyabr Zəfər gününə həsr olunmuş rəssam Xanım Rzazadənin “Qarabağ” sərgisinin rəsmi və bədii hissəsi başa çatıb və bütün tədbir iştirakçıları sərgiyə baxmağa dəvət edilib.

Digər xəbərlər