Mədəniyyət

  • 2 577

Sənət xadimlərinə dövlət qayğısı davamlıdır ŞƏRH

image

Dövlət başçısının Sərəncamı ilə mədəniyyət xadimləri fəxri adlara layiq görülüb

Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdən biri olaraq daim diqqətdədir. Mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Bu sahələrin inkişafını stimullaşdırmaq digər sahələr kimi, dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir. Yaradıcılığın dəstəklənməsi və mədəni sahələrin dirçəldilməsi kimi prioritet istiqamətlər müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir. Bu gün ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə sənət məbədləri təmir və bərpa etdirilib, onların dünya səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılıb. Dövlət başçısının məlum sərəncamları ilə teatr və konsert müəssisələrində çalışan sənətkarların, eləcə də ifaçıların sosial müdafiəsinin gücləndirilməsinə ayrılan diqqət onların maddi rifahının yüksəlməsinə səbəb olub. Təbii ki, bu yaradıcı şəxslərin fəaliyyətinin üzə çıxarılması üçün yaradılan şəraitlə sıx bağlıdır. Yaradıcı simalar, mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələrinə fəxri ad və mükafatlar verilib, mənzillərlə təmin olunublar və bu davamlı xarakter alıb. Dövlət qayğısı ilə əhatə olunan insanların potesialının üzə çıxması ilə yanaşı, onların öz üzərilərində daha məsuliyyətli olmaq kimi vacib tələbi də qoymuş olur. Müasir Azərbaycan mədəniyyətin dünya inteqrasiya olunduğu bir zamanda mükəmməl sənətin, ifanın təqdimi istedad və zəhmət tələb edir. Əlbəttə ki, mədəniyyətimizi təbliğ edənləri böyük məsuliyyət hissi tərk etməməlidir.

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı Sərəncamı bu sahənin yaradıcı insanlarına olan diqqətdən qaynaqlanır. Belə ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, bir sıra şəxslərə -"Xalq rəssamı", "Əməkdar artist", "Əməkdar rəssam", "Əməkdar mədəniyyət işçisi" kimi Azərbaycan Respublikasının fəxri adları vrilib. Bu əlbəttə ki, onların mədəniyyətin müxtlif sahələri üzrə olan fəaliyyətlərinə olan diqqətdir. Azərbaycan mədəniyyətini layiqincə təmsil etmək, onu bu diyardan başqa bir məkanda təbliğ etmək sənət nümayəndələrinin ən ümdə vəzifəsidir.

Dövlət başçısının həyata keçirdiyi mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. Azərbaycan Respublikasının müasir dövrdə yürütdüyü mədəniyyət siyasətindən yaranan imkanlar və milli-mənəvi dəyərlərimizin mühafizəsinə olan qayğı mədəniyyət işçilərinə daha böyük uğurlara imza atmağı, daha səylə və səmərəli olaraq yaradıcılıq imkanlarına artırmağa bir stimuldur. Bu, sənət xadimlərini uğura kökləyir, böyük zəfər qazanmış Azərbaycanı musiqinin dilində, tabloların rəngində daha möhtəşəm bir şəkildə təbliği istiqamətində məsuliyyətli olmağa sövq edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər