Mədəniyyət

  • 2 325

Dünyanı sarsıdacaq sənədli film - “Fabrik”

Sənədli film terror təşkilatı DEAŞ-in Parisdəki eynivaxtlı hücumlarının 6-cı ildönümü olan 12-13 noyabr tarixlərində “TRT Haber”, “TRT World” və “TRT Arabi” olmaqla 3 kanalda tamaşaçılara təqdim ediləcək

image

SİA xəbər verir ki, “TRT World” tərəfindən 2 il boyu yarım milyon sənədin böyük bir vasvasılıqla araşdırılmasıyla hazırlanan “Fabrik” (The Factory) sənədli filmi Fransanın “Lafarge” Sement Fabrikinin Fransa kəşfiyyat təşkilatlarının idarəsi altında terror təşkilatlarıyla əməkdaşlıq etdiyini, on milyonlarla dolların, başda DEAŞ və PKK olmaqla terror təşkilatlarına köçürüldüyünü sənəd və şahidləriylə ortaya çıxarır.

Sənədli film terror təşkilatı DEAŞ-in Parisdəki eynivaxtlı hücumlarının 6-cı ildönümü olan 12-13 noyabr tarixlərində “TRT Haber”, “TRT World” və “TRT Arabi” olmaqla 3 kanalda tamaşaçılara təqdim ediləcək.

Suriya müharibəsinin qaranlıq tərəflərindən birini işıqlandıran sənədli filmdə Fransa sement zavodu “Lafarge”ın kimin istiqamətləndirməsi ilə Suriyada qalma qərarı aldığı, Avropa İttifaqı fondlarının Fransa kəşfiyyat təşkilatlarının məlumat və təsdiqi ilə necə DEAŞ və PKK-ya köçürüldüyü, Fransa siyasətçiləri və kəşfiyyat təşkilatlarının “Lafarge”ı ədliyyə və inzibati sorğu-sualdan qurtarmaq üçün atdığı addımlar ayrıntılı şəkildə izah edilir.

Suriyada DEAŞ fonunda başlayan müddətin necə Paris hücumlarına gətirib-çıxardığı da ortaya qoyulur.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun da “Twitter” hesabından etdiyi paylaşmada bu sənədli filmin təqdimat videosuna yer verərək "Terror təşkilatlarını maliyyələşdirən bir Fransa şirkəti. Milyonlarla dollar və arxasındakı çirkli əlaqələr… İnsan həyatının heçə sayıldığı bir nizam və həyatdan qoparılan minlərlə günahsız can… Dünyanı sarsıdacaq sənədli bir film “The Factory” 12 noyabrda “TRT Haber” ekranlarında."

Digər xəbərlər