Mədəniyyət

  • 2 149

Azərbaycanın tanınmış memarı və rəssamı vəfat edib

image

Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev vəfat edib. SİA xəbər verir ki, R.Əliyev 87 yaşında dünyasını dəyişib.

Memar Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, bir neçə metro stansiyanın, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər layihələrin müəllifi və həmmüəllifidir.

Bakıda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.

R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Qeyd edək ki, R.Əliyev akademik Həsən Əliyevin oğludur.

Allah rəhmət eləsin!

Digər xəbərlər