İsraildə "Miss Universe" – 70-ci beynəlxalq gözəllik müsabiqəsi baş tutub. Bu il beş milyon dəyərindəki tac uğrunda 80 ölkədən iddiaçılar yarışıblar.
"Kainat gözəli"nin yubiley müsabiqəsində birinci yeri Hindistan təmsilçisi Harnaaz Sandhu tutub. Beləliklə o, gözəllik müsabiqəsinin bütün tarixi boyunca bu titulu qazanan üçüncü hindistanlı xanım olub.
Qalibə tacı keçənilki kainat gözəli, meksikalı Andrea Mesa təqdim edib. İkinci yerə Cənubi Afrika Respublikasının təmsilçisi Lalela Msvane, üçüncü yerə isə Paraqvay təmsilçisi Nadia Ferera layiq görülüb.
Rusiyanı təmsil edən azərbaycanlı xanım Ralina Arabova müsabiqənin final mərhələsinə çıxa bilməyib.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...