Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ərəb xəttatlığını Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edib.
SİA xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərində xatırladılıb ki, “Ərəb xəttatlığı, bilik, bacarıq və təcrübələrin” siyahıya salınması üçün müraciət, Ər-Riyadın rəhbərliyi altında, Ərəb Liqası Təhsil Mədəniyyəti və Elm Təşkilatının nəzarətində 16 ərəb ölkəsinin iştirakı ilə reallaşdırıldı.
Səudiyyə Ərəbistanının mədəniyyət naziri Bədr İbn Abdullah İbn ərəb xəttatlığının YUNESKO-nun siyahısına daxil edilməsini yüksək qiymətləndirib və bunun YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına ərəb qəhvəsi və zəmzəm kimi məhsullardan sonra salınan 9-cu ünsür olduğunu bildirib.
Omanın rəsmi agentliyi "ONA"-da qeyd olunub ki, qərar hazırda Fransanın paytaxtı Parisdə keçirilən və dekabrın 18-dək davam edəcək Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında qəbul edilib.
Təşəbbüs asılılıqdan əziyyət çəkən insanlara kömək etməyi hədəfləyir...
60 ildən sonra unikal bir arxiv ictimaiyyətə açıqlandı…
Onlar onu Hollivudun əsas ulduzuna çevirdilər...